Dr. Vusal Hacıyev Ph.D., Almaniyada yetişmiş, beynəlxalq təcrübəyə malik tanınmış ürək cərrahıdır. O, 2009–2013-cü illərdə Berlin Alman Ürək İnstitutunda (Deutsches Herzzentrum Berlin) ixtisasını tamamlamış, 2013-cü ildən etibarən Cottbus‑da Sana Cardiac Center-da çalışaraq yüzlərlə xəstənin həyatını dəyişdirən ağır və mürəkkəb açıq ürək əməliyyatı prosedurlarını uğurla həyata keçirir.
Dr. Vusal Hacıyev ürək sağlamlığına həssas yanaşması və yüksək peşəkarlığı ilə seçilir. Əgər siz də ürəyinizdə hər hansı narahatlıq, nəfəs darlığı, döyüntü və ya ağrı hiss edirsinizsə, təcrübəli ürək cərrahı və etibarlı ürək həkimi olaraq sizin üçün buradayam. Sağlamlığınıza qovuşmaq və həyat keyfiyyətinizi yüksəltmək üçün vaxt itirmədən mənimlə birbaşa əlaqə saxlayın.
Açıq ürək əməliyyatı və ürək xəstəliklərinin müalicəsində düzgün qərar vermək üçün professional dəstək alın. Sizin sağlam ürəyiniz – mənim əsas məqsədimdir.