Ürək-Damar cərrahı T.ü.f.d. Vusal Hacıyev Ürək həkimi

Ürək xəstəlikləri bəzi hallarda yalnız dərmanlarla deyil, cərrahi müdaxilə ilə müalicə olunur. Bu zaman insanların ağlına ilk gələn sual budur: “Ürək əməliyyatları necə olur?”

Aşağıda əməliyyatın əsas mərhələlərini, müddətini, sağalma prosesini və İcbari Tibbi Sığortanın (İTS) ödənişlərini ümumi şəkildə izah edirik.


Əməliyyatın mərhələləri

Ürək əməliyyatı, istər damarların açılması üçün bypass olsun, istərsə də qapaq əməliyyatı, ümumiyyətlə oxşar mərhələlərdən ibarətdir:

  1. Hazırlıq – Müayinələr: EKQ, exokardioqrafiya, laborator analizlər, koronar angioqrafiya.

  2. Anesteziya – Pasiyent tam narkoz altında olur və əməliyyat boyu heç nə hiss etmir.

  3. Əməliyyatın aparılması – Cərrah ürəyin zədələnmiş hissəsini bərpa edir: damarlarda yeni yol açılır və ya qapaq dəyişdirilir/təmir olunur.

  4. Reanimasiya və müşahidə – Əməliyyatdan sonra pasiyent bir neçə gün xüsusi nəzarətdə qalır.

  5. Reabilitasiya – Evə yazıldıqdan sonra dərman müalicəsi, pəhriz və fizioterapiya ilə bərpa prosesi davam edir.


Əməliyyat nə qədər çəkir?

  • Ümumilikdə ürək əməliyyatları 3–7 saat arasında davam edə bilər.

  • Daha sadə hallarda əməliyyat qısa çəkir, mürəkkəb hallarda isə vaxt uzana bilər.


Sağalma prosesi

  • Xəstəxanada qalma müddəti adətən 7–14 gün arasındadır.

  • Tam bərpa isə 1–3 ay çəkə bilər.

  • Reabilitasiya dövründə dərman müalicəsi, qidalanmaya diqqət və yüngül fiziki aktivlik vacibdi

Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyatları –  biz hər şeyi həll edirik

Azərbaycanda ürək əməliyyatlarının əsas hissəsi İcbari Tibbi Sığorta (İTS) tərəfindən qarşılanır.

  • Əməliyyatın növündən asılı olaraq təqribən 5000–6500 AZN xərci İTS ödəyir.

  • Siz sadəcə şəxsiyyət vəsiqənizi və tibbi müayyinələri təqdim edirsiniz – qalan bütün sənədləşmə və prosedurları Bakı Sağlamlıq Mərkəzində təşkil olunur.

 Əgər hər hansı xidmət və ya tibbi material İTS tərəfindən qarşılanmırsa, bu barədə siz əməliyyatdan əvvəl tam şəffaf şəkildə məlumatlandırılırsınız

Bizim üstünlüklərimiz:

  • Təcrübəli ürək-damar cərrahları

  • Müasir əməliyyat avadanlıqları

  • Komfortlu palatalar

  • Fərdi reabilitasiya proqramları

Pasiyent yalnız sağlamlığına fokuslanır, çünki bütün sığorta məsələlərini biz həll edirik.

📞 Əlaqə üçün: 0707087030


Özəl xəstəxanaların üstünlükləri

Bir çox pasiyent əməliyyat üçün özəl xəstəxanaları seçir, çünki burada:

  • Müasir əməliyyat avadanlıqları,

  • Komfortlu palatalar,

  • Təcrübəli cərrahlar,

  • Fərdi reabilitasiya proqramları təqdim olunur.


 

Ən vacibi – vaxtında həkimə müraciət etmək və təcrübəli cərrah seçməkdir.

Urek cerrahi, urek damar cerrahi, urek emeliyyati, urek hekimi
Ürək cərrahı Vüsal Hacıyev PhD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir