Ürək-Damar cərrahı T.ü.f.d. Vusal Hacıyev Ürək həkimi

Ürək cərrahı və ürək həkimi Vüsal

  Ürək Həkimini Necə Seçməli?

 

Ürək həkimi seçimində diqqət etməli olduğunuz 7 əsas məqam

Ürəyinizlə bağlı sağlamlıq problemləri həyatınızın ən önəmli məsələlərindən biridir. Doğru ürək həkimini seçmək sizin gələcəyiniz üçün həyati önəm daşıyır. Bu seçimi edərkən mütləq diqqət etməli olduğunuz əsas məqamlar bunlardır:

  1. Həkimin təhsili və təcrübəsi – Yaxşı bir həkim yüksək təhsil səviyyəsinə və zəngin təcrübəyə malik olmalıdır.

  2. Pasiyent rəyləri – Həkim haqqında digər xəstələrin rəylərini öyrənin; bu, sizə çox şey deyəcəkdir.

  3. Əməliyyat statistikası və uğur dərəcəsi – Əgər əməliyyat lazımdırsa, həkiminizin keçirdiyi əməliyyatların sayı və nəticələrinə diqqət edin.

  4. Müasir müalicə metodları – Klinikada tətbiq edilən üsulların müasir tibbin tələblərinə uyğunluğunu nəzərə alın.

  5. Həkimin pasiyentlə ünsiyyəti – Rahat ünsiyyət qura biləcəyiniz, problemlərinizi aydın şəkildə izah edən həkim seçin.

  6. Klinikanın sığorta dəstəyi – Tibbi sığorta qəbul edən klinikalarda müalicə almaq sizə maddi baxımdan rahatlıq gətirəcək.

  7. Əlçatanlıq – Sizə lazım olduqda rahat əlaqə yarada biləcəyiniz həkimə üstünlük verin.

  8.  

 İkinci Rəyin (Second Opinion) Önəmi

Ürək xəstəlikləri və əməliyyat qərarları çox ciddi məsələlərdir. Diaqnoz və müalicə planı haqqında qərar verməzdən əvvəl ikinci bir rəy (second opinion) almaq müalicə prosesinizi xeyli rahatlaşdıra bilər. Əgər ağlınızda hansısa şübhə varsa, qərar vermədən öncə mənimlə rahatlıqla əlaqə saxlaya, suallarınızı ünvanlaya bilərsiniz. İkinci bir mütəxəssis baxışının xəstəliklə mübarizənizdə necə önəmli olduğunu özünüz görəcəksiniz.


Dr. Vüsal Hacıyev PhD haqqında:

Siz Almaniya və Azərbaycanda təhsil almış, geniş beynəlxalq təcrübəyə malik, hazırda Bakı Sağlamlıq Mərkəzində çalışan peşəkar ürək cərrahı Dr. Vüsal Hacıyevə müraciət edə bilərsiniz. Siz hər zaman ürək əməliyyatları haqqında Dr. Hacıyevdən pulsuz konsultasiya ala bilərsiniz. Dr. Hacıyevin çalışdığı klinika tibbi sığorta ilə dəstəklənir və müalicənizi daha əlçatan edir. Sağlam ürək üçün Dr. Vüsal Hacıyev hər zaman yanınızdadır.